Lənkəranda ev oğurluğu ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, Lənkəran rayonunda bir neçə evdən oğurluq hadisəsi baş verib.
Naməlum şəxs tərəfindən yeddi evdən ümumilikdə 8000 manat dəyərində məişət əşyaları oğurlanıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində, bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Mehman Quliyev saxlanılıb.
Hazırda faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib və araşdırmalar davam etdirilir.