“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva saxlanılıb. Külli miqdarda dələduzluq ittihamı ilə axtarışda olan Könül Həmzəyeva, bu gün şübhəli şəxs qismində saxlanılıb. Hazırda Xəzər Rayon Polis İdarəsində ilkin istintaq hərəkətləri aparılır. Sabah məhkəməyə çıxarılacağı gözlənilir.
Bir ay əvvəl tanınmış influenserlər Fidan Zeyn və Azerina da Könül Həmzəyevadan şikayət etmişdilər. Onlar, Həmzəyeva tərəfindən 150 min manat məbləğində pullarının ələ keçirildiyini bildirmişdilər.