“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva axtarışa verilib.
Məlumata görə, o, külli miqdarda dələduzluqda ittiham olunur. İstintaqdan yayınaraq gizləndiyi üçün barəsində axtarış elan edilib. Hazırda Xəzər Rayon Polis İdarəsində istintaq davam edir.
Bir ay əvvəl məşhur bloqerlər Fidan Zeyn və Azerina da Könül Həmzəyevadan şikayət etmişdilər. Onlar bildirmişdilər ki, Könül onların 150 min manatını mənimsəyib.