Kocaeli vilayətinin Körfez rayonunda dəhşətli bir hadisə baş verib. Gül Dağ adlı qadın evində boğazı kəsilmiş vəziyyətdə ölü tapılıb.
Polis araşdırmaları nəticəsində qətlin üstü açılıb. Məlum olub ki, Gül Dağı qətlə yetirən şəxs onun qonşusu imiş. Qatil cinayəti törətdikdən sonra qadının qolundakı 3 qolbağı da oğurlayıb.
Şübhəli şəxs polis tərəfindən saxlanılıb və həbs edilib. Hadisə ilə bağlı cinayət işi davam etdirilir.