İtaliyada 31 yaşlı bir kişi, keçmiş sevgilisini dron vasitəsilə izlədiyi üçün həbs edilib. Hadisə qadının ciddi əsəb problemləri yaşamasına səbəb olub. İstintaq zamanı məlum olub ki, kişi iki il ərzində qadına davamlı mesajlar göndərib və hədiyyələr verib. Bundan əlavə, o, qadını gizlicə havadan dronla izləyib.
Qadın bu təzyiqlərə tab gətirməyərək əsəb sarsıntısı keçirib. Polis axtarış zamanı şübhəlinin dronunu müsadirə edib. Dronun yaddaşında qadının və onun yeni sevgilisinin gizli şəkilləri tapılıb. Kişinin iki telefonu da araşdırma üçün götürülüb. Məhkəmə, kişiyə keçmiş sevgilisinə yaxınlaşmağı qadağan edib.