İstanbulun Avcılar rayonunda yol mübahisəsi zamanı mikroavtobus sürücüsü ilə motokuryer arasında insident yaşanıb. Hadisə, Tahtakale məhəlləsində, Kanuni Sultan Süleyman Eğitim ve Araştırma Hastanesi yaxınlığında baş verib.
İddiaya görə, yol vermə məsələsinə görə başlayan mübahisə zamanı mikroavtobus sürücüsü avtomobilindən çəkic götürərək motokuryerin üstünə gedib. Motokuryer bu anları telefonla çəkərək sürücüyə reaksiya göstərib.
Görüntüləndiyini anlayan sürücü əvvəlcə çəkici geri qoyub, sonra isə özü də telefonu çıxararaq motokuryeri çəkməyə başlayıb. Daha sonra hər iki tərəf ərazidən uzaqlaşıb.