İstanbul polisi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində yarım tondan çox narkotik maddə ələ keçirilib. Polis İdarəsinin rəsmi məlumatına görə, əməliyyat zamanı 527 kiloqram 475 qram skank maddəsi aşkarlanıb.
Hadisə ilə əlaqədar 7 şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.