İstanbulun Fatih rayonunda günorta saatlarında baş verən soyğun hadisəsi təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.
Hadisə zamanı telefonla danışan qadına yaxınlaşan şəxs ani hərəkətlə onun əlindəki telefonu qaparaq qaçıb.
Oğurluq anı kameralara düşüb. Kadrlarda oğrunun qadına yaxınlaşması və telefonu alaraq sürətlə uzaqlaşması görünür.
Faktla bağlı araşdırma başladılıb.