İstanbulun Ümraniye rayonunda baş verən silahlı hücum nəticəsində “Kars36 Spor” klubunun 21 yaşlı futbolçusu Kubilay Kaan Kundakçı həyatını itirib.
Hadisənin 19 mart tarixində baş verdiyi bildirilir. İddiaya görə, reper Vahap Canbay ilə müğənni Aleyna Kalaycıoğlu arasındakı münasibətləri yoluna qoymaq istəyən Kundakçı, tərəfləri barışdırmaq məqsədilə vasitəçilik edib.
Studiyanın qarşısında gözlədikləri zaman, hadisə yerinə gələn şəxslər onlara atəş açıb. Ağır yaralanan gənc futbolçu xəstəxanada dünyasını dəyişib.
Cinayətin Aleyna Kalaycıoğlunun keçmiş sevgilisi olan reper Canbayın yeni sevgilisi tərəfindən törədildiyi ehtimal olunur. Müğənni Kalaycıoğlu polis tərəfindən saxlanılıb.