“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyevin Bakıdakı daşınmaz əmlakları müsadirə olunub. Məhkəmənin qərarı ilə dövlət nəfinə alınan əmlakların siyahısı aşağıdakı kimidir:
- Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən qeyri-yaşayış binası
- Səbail rayonu, Badamdar qəsəbəsindəki dəbdəbəli bağ evləri və mənzillər
- Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi
- Yasamal rayonu, Mətbuat prospektində yerləşən mənzil
- Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən mənzil
Qeyd: Daha əvvəl Hacıyevin iki əmlakı üzərinə qoyulan həbs ləğv edilib. Bunlar Mərdəkan qəsəbəsindəki torpaq sahəsi və qeyri-yaşayış binasıdır. Xatırladaq ki, İlqar Hacıyev dələduzluqda və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında ittiham olunur.