Hövsanda Dəhşətli Qətl: Müəllimə əri Tərəfindən Bıçaqlanaraq öldürüldü

News Image
News Image
thumb
thumb

Suraxanı rayonunun Hövsan qəsəbəsində 35 yaşlı Pərvanə Abbasova qətlə yetirilib. Səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Pərvanə Abbasovanın qətlində şübhəli bilinən həyat yoldaşı, 43 yaşlı Vasif Abbasov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Məlum olub ki, Pərvanə Abbasova Hövsan qəsəbəsindəki orta məktəblərdən birində müəllim işləyib və iki övladı var.

0