Türkiyənin Hatay vilayətində iki ailə arasında baş verən mübahisə faciə ilə nəticələnib. Uşaqlar arasında yaranan adi bir mübahisə böyüyərək ailələrin də iştirakı ilə kütləvi davaya çevrilib.
Tərəflər arasında daşlar, dəyənəklər və odlu silahlar istifadə olunub. Nəticədə, biri qadın olmaqla, 3 nəfər həyatını itirib, 22 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar 6 şübhəli şəxs saxlanılıb, faktla bağlı araşdırma davam etdirilir.