Hakim Oğluna Ittiham Səsləndirən şəxs Cəzalandırıldı: Detallar

News Image

Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovun oğlu, hakim Rauf Əhmədov, sosial şəbəkələrdə ona qarşı ittihamlar səsləndirən Mehman Baradovdan şikayətçi olub.

Rauf Əhmədovun şikayəti əsasında məhkəmə prosesi başlayıb. Məlum olub ki, M.Baradov TikTok platformasında yayımladığı

Məhkəmədə ifadə verən Mehman Baradov bildirib ki, hakim Rauf Əhmədov onun işə bərpa olunması tələbini əsassız yerə təmin etməyib. O, paylaşımları Loğman Zülfüqarlıya məxsus şirkətdən qanunsuz çıxarıldığı üçün etdiyini deyib. Baradov, “Loğman Zülfüqarlı və Rauf Əhmədovun sayəsində 3 ildir işsizəm” deyə qeyd edib. O, həmçinin ailə vəziyyətinin acınacaqlı olduğunu, oğlunun qazi olduğunu vurğulayıb.

Qeyd edək ki, M.Baradov paylaşımlarında Rauf Əhmədovun Loğman Zülfüqarlıdan rüşvət aldığını iddia edib.

Məhkəmənin qərarı ilə Mehman Baradovun azadlığı 2 il müddətinə məhdudlaşdırılıb.