Gəncədə baş verən dəhşətli hadisənin təfərrüatları məlum olub. Yeniyetmə oğlan atasını güllələyib. Hadisənin səbəbi atanın oğluna dərslərini oxuması üçün irad tutması olub.
Mərhum kim idi?
Mərhum Elçin Nağıyev, 44 yaşında, Daşkəsən rayonu Quşçu kəndində yerləşən Kəlbəcər rayon 71 nömrəli orta məktəbin tarix müəllimi və direktor müavini vəzifəsində çalışıb. O, dörd övlad atası idi.
Cinayəti kim törədib?
Cinayəti törətməkdə şübhəli bilinən şəxs mərhumun 17 yaşlı oğlu K.Nağıyevdir. K.Nağıyev cüdo idmanı ilə məşğul olur. O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Hadisə ilə bağlı cinayət işi başlanılıb
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yetkinlik yaşına çatmayan şəxs iş üzrə şübhəli şəxs qismində tutulub.