Gəncədə dəhşətli qətl hadisəsi baş verib.
Gəncədə 17 yaşlı yeniyetmə öz atasını güllələyərək öldürüb. Hadisənin təfərrüatları məlum olub.
Məlumata görə, hadisəyə səbəb atanın oğluna dərslərini oxuması üçün irad tutması olub. 44 yaşlı Elçin Nağıyev Daşkəsən rayon Quşçu kəndində yerləşən Kəlbəcər rayon 71 nömrəli orta məktəbin tarix müəllimi və direktor müavini vəzifəsində çalışıb. O, dörd uşaq atası idi.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs onun 17 yaşlı oğlu K.Nağıyevdir. O, cüdo idman növü ilə məşğul olur.
K.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisənin hansı zəmində baş verməsi araşdırılır.