Azərbaycanda yüksək vəzifəli şəxslərə qarşı yönəlmiş şantaj kampaniyası ifşa olundu. Xaricdə yaşayan bloqerlərin iştirakı ilə həyata keçirilən bu kampaniyada dövlət rəsmiləri hədəfə alınıb.
Bu ilin əvvəlindən etibarən Mehman Hüseynov, Emin Hüseynov və Qabil Məmmədov kimi bloqerlər müxtəlif platformalarda Alyona Əliyeva haqqında yalan məlumatlar yayıblar. M.Hüseynov hətta canlı yayımda saxta
Eyni zamanda, xaricdə olan bir şəxs yüksəkvəzifəli şəxslərlə əlaqə saxlayaraq, əlində Alyona Əliyevaya aid olduğunu iddia etdiyi kadrları yaymamaq üçün 5 milyon avro tələb edib.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət işi başlanılıb. Əməliyyat nəticəsində Azərbaycan vətəndaşı F.S. saxlanılıb. İstintaq zamanı o, cinayətini etiraf edib.