Dtx-nın Saxladığı Saleh Səmədovun Həbs Müddəti Daha 3 Ay Uzadıldı

News Image

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun həbs müddəti artırılıb.

Səbail Rayon Məhkəməsində istintaq orqanının təqdim etdiyi vəsatətə baxılıb.

Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində olan həbs qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb.

Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

O, ötən ilin may ayında İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilmişdi.

0