Britaniyalı Aktyor Con Elford Həbsxanada Vəfat Etdi

News Image

Britaniyalı aktyor Con Elford (əsl soyadı Şennon) həbsxanaya düşəndən iki ay sonra dünyasını dəyişib.

“The Guardian” qəzetinin məlumatına görə, 54 yaşlı aktyor 2022-ci ildə 14 yaşlı qıza qarşı seksual hərəkətlər, həmçinin 15 yaşlı qıza qarşı cinsi zorakılıq və cinsi xarakterli zorakı hərəkətlər etdiyinə görə bu ilin yanvarında həbs edilmişdi.

Məlumata əsasən, Con Elford martın 13-də Norfolk qraflığındakı “HMP Bure” həbsxanasında vəfat edib. Həbsxana xidməti ölümün səbəbini açıqlamayıb.

2