Biznesmen Seyfəddin Dəmirliyə Qarşı Dələduzluq Cəhdi: 400 Min Tələb!

News Image
News Image
thumb
thumb

Məşhur biznesmen Allahverdi Dəmirovun oğlu Seyfəddin Dəmirli külli miqdarda pulunu ələ keçirmək istəyən dələduzla üzləşib.

Qafqazinfo-nun məlumatına görə, Rafiq Vəliyev adlı şəxs S.Dəmirliyə yalan vədlər verərək ondan 400 min manatdan çox pul almağa cəhd edib. Lakin dələduzluq baş tutmayıb və R.Vəliyev saxlanılıb.

İstintaq zamanı R.Vəliyevin daha iki nəfərə qarşı dələduzluq etdiyi də aşkarlanıb. Məhkəmə onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərərçəkmiş qismində tanınıblar.

Xatırladaq ki, Seyfəddin Dəmirli bu yaxınlarda Binəqədi Rayon İcra Hakimiyyətində vəzifəyə təyin edilib. O, vaxtilə Təhsil Nazirliyində və Bakı 6 saylı Yol İstismarı MMC-də rəhbər vəzifələrdə çalışmış Allahverdi Dəmirovun oğludur.

2