Türkiyənin Bandırma şəhərində mart ayının 7-dən bəri itkin olan təqaüdçü müəllim Ahmet Baysalın cəsədi sahil xəttində tapılıb. Hadisə yerinə polis və təcili yardım qrupları göndərilib.
Meyitin şəxsiyyəti müəyyən edilib. İlkin müayinələr nəticəsində cəsədin Ahmet Baysala məxsus olduğu təsdiqlənib.
Cəsəd morqa göndərilib. Baysalın ölüm səbəbinin dəqiqləşdirilməsi üçün cəsəd Bursa Ədli Tibb Qurumunun morquna göndərilib. Faktla bağlı geniş araşdırma başladılıb.