Bakıda Telefon Oğurluğu: Nənəsinə Dəstək Olmaq İstədi, Həbs Olundu

News Image

Bakıda maraqlı bir hadisə baş verib. Belə ki, bir şəxs oğurladığı telefonu sataraq əldə etdiyi pulu nənəsinə xərcləyib. Lakin bu hərəkəti onun həbsi ilə nəticələnib.

Hadisənin təfərrüatı:

1996-cı il təvəllüdlü T.Y. Həzi Aslanov metro stansiyası yaxınlığında, “Megastore” mağazasının arxasındakı ərazidə oturacaqda “iPhone 13” markalı telefon tapıb. Maddi çətinlikləri və nənəsinin səhhətindəki problemləri nəzərə alaraq, telefonu satmaq qərarına gəlib.

Telefonun sahibi zəng etdikdə, T.Y. cavab verib və bir müddət danışıb. Daha sonra telefonun şifrəsini öyrənməyə çalışsa da, uğursuz olub. Bundan sonra nömrəni sındıraraq atıb və telefonu söndürüb.

T.Y. telefonu Əhmədli metrosu yaxınlığında tanımadığı bir şəxsə 200 manata satıb və pulu nənəsinin ehtiyacları üçün xərcləyib.

Məhkəmə T.Y.-ni İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilərək 23 gün müddətinə həbs edib.

0