Bakıda məşhur “Bİ ES VİP” estetik klinikasında ajiotaja səbəb olan özbək əsilli “həkim” İqbol Soliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti bu xəbəri təsdiqləyib. Məlumata görə, Soliyev klinikanın sahibi olmaqla yanaşı, xəstələri qeyri-adi üsullarla, əl enerjisi vasitəsilə müalicə etdiyi iddia olunurdu.
Özbək əsilli şəxsin ekstrasens olduğu və bioenerji terapiyası seansları keçirdiyi bildirilir. Onun fəaliyyəti ətrafında yaranan səs-küy və müalicə metodları cəmiyyətdə böyük maraq doğurmuşdu.