Bakıda Müəllimənin ölümü: Prokurorluqdan Rəsmi Açıqlama

News Image

Martın 20-də Suraxanı rayonunda müəllimə Pərvanə Abbasovanın ölümü ilə bağlı prokurorluq məlumat yayıb.

Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın aldığı xəsarətlərdən vəfat etməsi faktı ilə bağlı araşdırma başlanılıb.

İlkin istintaq nəticəsində 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə dair şübhələr yaranıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. Vasif Abbasov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, Pərvanə Abbasova Hövsan qəsəbəsindəki 118 saylı orta məktəbdə müəllimə vəzifəsində çalışırdı.

1