Aktrisa Üzel Kərimova martın 18-də dostları ilə restoranda bayram qeyd edərkən xoşagəlməz hadisə baş verib. Məlumata görə, restoranda bir qrup şəxs aktrisanın rəfiqəsinin həyat yoldaşına hücum edərək ona xəsarət yetirib. Aktrisa Üzel Kərimova sosial şəbəkədə paylaşdığı
Hadisə Xəzər rayonunda, Buzovna qəsəbəsində yerləşən restoranların birində baş verib. Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslər – 1991-ci il təvəllüdlü V.Osmanov, 1996-cı il təvəllüdlü K.Kazımlı, 1998-ci il təvəllüdlü F.Kazımlı və 1985-ci il təvəllüdlü E.Kazımov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Xəsarətlərin ağırlıq dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib. Hazırda istintaq davam edir.