Bəhreyn təhlükəsizlik qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün məlumat toplayıb ötürməkdə şübhəli bilinən beş nəfəri həbs edib.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, İrandakı terror ünsürləri vasitəsilə SEPAH-a gizli məlumat toplamaqda və ötürməkdə, həmçinin Bəhreyn rəsmilərinə qarşı sui-qəsdləri həyata keçirmək üçün terrorçuları cəlb etməkdə iştirak edən qrupdan olan altıncı şəxsin də şəxsiyyəti müəyyən olunub.