Avtomobil Nömrələri Oğurlanıb? Qanun Nə Deyir, Bərpa Mümkündürmü?

News Image

Son zamanlar avtomobil nömrələrinin oğurlanması halları artıb. Bəzi dələduzlar nömrəni oğurlayaraq sahibindən pul tələb edirlər, digərləri isə nömrələrini itirirlər. Belə hallarda vətəndaşlar nə etməlidir?

Millət vəkili Elşad Musayev bildirib ki, itirilmiş nömrənin dublikatı verilmir. Bu, ilk növbədə təhlükəsizlik məsələsidir. Əgər kimsə itirilmiş nömrənin dublikatını əldə edib istifadə etsə, digər şəxslər də həmin nömrədən istifadə edə bilər.

Ekspertlər qanunvericiliyə dəyişikliklərin edilməsinin vacibliyini vurğulayırlar. Şəhərin hər yerində nəzarət kameralarının olması bu dəyişiklikləri zəruri edir.