Antalya şəhərinin Muratpaşa rayonunda qonşular arasında qız istəmə məsələsi ciddi mübahisəyə səbəb olub. Nəticədə, baş verən davada iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisənin ardından ərazidən uzaqlaşmağa çalışan üç nəfər polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa cəlb olunub.