İş adamı Adnan Əhmədzadənin həbs müddəti uzadılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən Adnan Əhmədzadə barəsində olan həbs qətimkan tədbirinin müddəti artırılıb.
Səbail Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılaraq, həbs müddətinin daha iki ay uzadılması barədə qərar qəbul edilib.
Xatırladaq ki, Adnan Əhmədzadə ötən ilin sentyabr ayında DTX əməkdaşları tərəfindən saxlanılıb. O, iqtisadi təhlükəsizliyə qarşı yönəlmiş təxribat və külli miqdarda mənimsəmədə ittiham olunur.