Bursa şəhərində 8 yaşlı Nazar S.-nin başına gələnlər şok effekti yaradıb. Məlum olub ki, uşaq atasının anasından qaçıraraq nənəsinə təhvil verdiyi gündən etibarən 7 il ərzində baxımsız bir evdə saxlanılıb.
Araşdırmalar zamanı Nazarın özünü “Ahmet” kimi təqdim etdiyi və ailənin Almaniyada yaşayan başqa bir övladı olduğu da üzə çıxıb. Anası Rebecca S. hüquq-mühafizə orqanlarına müraciət edərək, uşağın ondan icazəsiz Türkiyədə saxlanıldığını və tezliklə geri verilməsini tələb edib.
Faciənin digər tərəfi isə atanın ürək xəstəsi olmasıdır. Həbs olunmaq qorxusu ilə xəstəxanaya getməyən ata, ürək çatışmazlığından dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı ətraflı araşdırma aparır.