Gülüstan Sarayında Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi illik tədbiri keçirilib. Tədbirdə şirkət rəhbərləri, idarəetmə komandası və müxtəlif bölmə rəhbərləri iştirak ediblər. Əsas məqsəd ötən ilin nəticələrini qiymətləndirmək və gələcək prioritetləri müəyyənləşdirmək olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi yad edilib. Şirkətlər Qrupunun nailiyyətlərini əks etdirən
Veysəloğlu-Distribusiya, OBA marketlər şəbəkəsi, Veysəloğlu-Rossmann, Veysəloğlu-Əmlak və Araz supermarketlər şəbəkəsinin rəhbərləri təqdimatlar ediblər. Şirkətlərin fəaliyyət nəticələri və gələcək strategiyaları müzakirə olunub.
Panel müzakirəsində rəqəmsal dövrdə strateji rəhbərlik və komanda sinerjisi mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Tərəfdaşlarla əməkdaşlıq təcrübəsini əks etdirən
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Veysəloğlu şirkətin inkişaf strategiyası və gələcək hədəfləri barədə danışıb. Gecənin sonunda müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıb.
Bu tədbir strateji planlaşdırmanın gücləndirilməsinə və komanda birliyinin möhkəmləndirilməsinə xidmət edir.