Vərəsələrə ödəmə: Vəfat Edən şəxsin Pensiyası Kimə Veriləcək?

News Image

İqtisadçı deputat Vüqar Bayramov təklif irəli sürüb: Dünyasını dəyişən şəxslərin pensiya kapitalının bir hissəsi vərəsələrinə ödənilməlidir. Bu, pensiya kapitalının daha səmərəli toplanmasına və istifadəsinə, həmçinin vətəndaşların pensiya kapitalı toplamağa marağının artmasına səbəb ola bilər.

Deputatın fikrincə, bu addım əmək müqavilələrinin rəsmiləşdirilməsinə və pensiya kapitalının səmərəli istifadəsinə gətirib çıxaracaq. Belə bir mexanizmin tətbiqi həm kapitaldan səmərəli istifadəni təmin edəcək, həm də kapital yığımlarına marağı artıracaq. Bu istiqamətdə təkliflər təqdim edilib, maliyyə qiymətləndirilməsinin aparılması və uyğun qərarların qəbul edilməsi məqsədəuyğun hesab edilir.

0