İş Dünyası İftar Süfrəsində Bir Araya Gəldi: Yeni əməkdaşlıqlar

News Image
News Image
thumb
thumb
thumb

Martın 14-də GİK HOLDİNG iş adamları və şirkət təmsilçiləri üçün iftar süfrəsi təşkil etdi. Tədbirin əsas təşkilatçıları GV MEDİCAL və GLOBAL BUSINESS PLATFORM komandaları idi.

İftar süfrəsində GİK HOLDİNG, İMS MAKİNA və TUR&MON şirkətlərinin rəhbərləri ölkədəki yeni planlarını və strateji təşəbbüslərini qonaqlarla bölüşdülər.

Tədbirdə YUCHAI ROTARY DRİLLİNG RİG (ÇİN) şirkətinin tikinti avadanlıqlarının Azərbaycanda rəsmi nümayəndəliyi təqdim olundu. GİK HOLDİNG (Azərbaycan), İMS MAKİNA (Türkiyə) və TUR&MON (Türkiyə) bu şirkətin Azərbaycandakı tərəfdaşlarıdır.

Çindən gələn mütəxəssislər avadanlıqların xüsusiyyətləri və tətbiq sahələri barədə ətraflı məlumat verdilər. İştirakçılar texnologiya və əməkdaşlıq imkanlarını müzakirə etdilər.

Dostluq və əməkdaşlıq şəraitində keçən tədbir həm informativ, həm də sosial baxımdan faydalı oldu.

0