İlon Mask “terafab” çip İstehsalı Layihəsinə Start Verildiyini Açıqladı

News Image

Amerikalı iş adamı İlon Mask mikroçip istehsalına yönəlmiş “Terafab” layihəsinin başladığını rəsmən elan edib.

Maskın sözlərinə görə, mövcud təchizatçılarla əməkdaşlıq yüksək qiymətləndirilir və onların istehsal güclərini artırmaları arzuolunandır. Lakin istehsal həcminin artırılmasında məhdudiyyətlər var və bu həcm tələbatı ödəmək üçün yetərli deyil.

Buna görə də, ya “Terafab” qurulmalı, ya da çipsiz qalınmalıdır. Mask, şirkətlərinin çiplərə ehtiyacı olduğunu və bu səbəbdən “Terafab”ın qurulacağını vurğulayıb.

“Terafab” layihəsi “Tesla”, “xAI” və “SpaceX” şirkətlərinin birgə təşəbbüsü olacaq. İstehsal yeri Texas ştatının Ostin şəhəri seçilib.

Şirkət iki növ mikroçip istehsal edəcək. Birincilər əsasən “Optimus” humanoid robotları və avtomobillər üçün nəzərdə tutulub. İkincilər isə kosmik şəraitdə işləmək üçün yüksək güclü çiplər olacaq.

0