Çin ÜDM-də böyük artım gözləyir
Çin hökuməti 2030-cu ilə qədər ölkənin ümumi daxili məhsulunun (ÜDM) 175 trilyon yuan səviyyəsinə çatacağını proqnozlaşdırır. Bu barədə Baş nazir Li Tsyan Çin İnkişaf Forumunda məlumat verib.
Baş nazir qeyd edib ki, növbəti beş il ərzində Çin iqtisadiyyatının həcmi 175 trilyon yuana çatacaq. Bu isə o deməkdir ki, 2026-2030-cu illərdə illik ÜDM 30 trilyon yuandan çox artmalıdır.
Li Tsyan bu artımın Çin və xarici tərəfdaşlar arasında iqtisadi əməkdaşlığı daha da gücləndirəcəyini vurğulayıb. O, həmçinin rəqəmsallaşma, ekoloji modernləşmə və inteqrasiya kursunu izləməklə iqtisadiyyatın dayanıqlı inkişafını təmin etməyi planlaşdırdıqlarını bildirib.
Baş nazir sonda müasir sənaye sisteminin formalaşmasını sürətləndirmək və keyfiyyətli inkişafa təkan vermək niyyətində olduqlarını qeyd edib.