Bayramda İşləyən Banklar Açıqlandı: Tam Siyahı

News Image

Bayram günlərində hansı banklar işləyəcək?

20-30 mart tarixlərində qeyri-iş günlərində bəzi bank filialları, “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcək.

Azərbaycan Mərkəzi Bankı (AMB) bu barədə məlumat yayıb. Məqsəd ölkəmizə gələn turistlərin və vətəndaşların valyuta mübadiləsi xidmətlərinə çıxışını təmin etməkdir.

Ümumilikdə 18 bankın 280 satış nöqtəsi (4 bank üzrə 9 satış nöqtəsi 24 saat işləməklə), “Azərpoçt” MMC-nin 68 şöbəsi və 9 valyuta mübadilə məntəqəsi xidmət göstərəcək.

Bayram günlərində işləyən təşkilatlar:

  • Banklar
  • “Azərpoçt” MMC
  • Valyuta mübadilə məntəqələri
2