Bayram önü çərəz Bazarı Alış-verişi: Qiymətlər Nə Deyir?

News Image

Novruz Bayramı ərəfəsində çərəz bazarı qiymətlərində ciddi artım müşahidə olunur.

Bəzi çərəzlərin qiyməti iki dəfəyə qədər bahalaşıb. Satıcılar qiymət artımının səbəbini idxal çətinlikləri və yerli məhsulun az olması ilə əlaqələndirirlər.

Hazırda bazarda ən bahalı quru meyvə püstədir. Püstənin kiloqramı 50-55 manata təklif edilir.

Fındıq isə 28 manatadır. Satıcılar, xüsusilə fındıq qiymətlərində 100%-lik artım olduğunu vurğulayırlar. Qiymətlər son 10-15 gündə kəskin şəkildə yüksəlib.

İrandan məhsul idxalında yaranan problemlər bazara ciddi təsir göstərib. Yerli məhsul istehsalı da bu il az olduğundan qiymətlər daha da artıb.

Digər quru meyvələrin qiymətlərində də müəyyən artımlar qeydə alınıb.

Satıcılar bayramla əlaqədar tələbatın artacağını gözləsələr də, bu il alıcılıq qabiliyyəti aşağı olub. Lakin qarşıdakı günlərdə vəziyyətin dəyişəcəyinə ümid edirlər.