Bakıda “xruşovka”lar Söküləcək? şok Açıqlama!

News Image

Bakıdakı “xruşovka”ların sökülməsi ilə bağlı vacib açıqlama verildi. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, paytaxtda təxminən 4 minə yaxın “xruşovka” var. İlkin mərhələdə isə bu tikililərdən 1500-ə yaxınının sökülməsi planlaşdırılır.

Oruc qeyd edib ki, söküntü işləri mərhələli şəkildə aparılacaq. Bütün “xruşovka”lar eyni anda sökülməyəcək. Layihələr tikililərin istismar müddəti və mərtəbə sayına görə qruplaşdırılacaq.

“Xruşovka”lar hələ uzun müddət bazarda alqı-satqı obyekti olaraq qalacaq. Hazırda onların qiymətləri digər tikililərə nisbətən yüksəkdir. Söküntüdən sonra yerində inşa olunacaq yeni binalar daha bahalı olacaq.

Ən çox “xruşovka”lar Yasamal, Nəsimi, Xətai və Nərimanov rayonlarında yerləşir. Bu ərazilər mərkəzi və inkişaf etmiş infrastruktura malik olduğu üçün söküntü və yenidənqurma işləri böyük əhəmiyyət daşıyır.

0