Bakcell, Novruz tətili ərəfəsində xaricə səfər edən abunəçiləri üçün sərfəli rouminq xidmətləri təklif edir. Şirkət abunəçilərinə xaricdə rahat ünsiyyət qurmaq üçün müxtəlif rouminq paketləri təqdim edir.
Səyahət zamanı ən çox seçilən ‘hamısı daxil’ rouminq paketləri internet, zəng və SMS xidmətlərini bir araya gətirir. Həftəlik paketi aktivləşdirmək üçün sadəcə *125*550# kodunu yığın.
Bakcell abunəçiləri səyahətə başlamazdan əvvəl gedəcəkləri ölkəyə uyğun tarifləri və rouminq paketlərini araşdıra bilərlər. Bu, səyahətdən öncə ən uyğun paketi seçməyə və xərcləri planlaşdırmağa imkan verir.
Ətraflı məlumatı Bakcell-in rəsmi saytından, mobil tətbiqindən və müştəri xidmətləri mərkəzlərindən əldə edə bilərsiniz.
Bakcell haqqında
Azərbaycanın ilk özəl telekommunikasiya şirkəti olan Bakcell, 3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmətlər göstərir. NEQSOL Holding-in bir hissəsi olaraq, ölkənin dayanıqlı inkişafına töhfə verir.