Avropa Komissiyasından Aİ ölkələrinə çağırış
Yaxın Şərqdəki böhran fonunda enerji daşıyıcılarının qiymət artımının qarşısını almaq məqsədilə Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) ölkələrinə qaz anbarlarının doldurulması üzrə hədəfləri azaltmağı tövsiyə edib.
Bu barədə Aİ-nin energetika məsələləri üzrə komissarı Dan Yorgensenin Aİ ölkələrinin energetika nazirlərinə ünvanladığı məktubda bildirilib.
Hədəflərdə dəyişiklik təklifi
Məktubda ABŞ, İsrail və İran arasındakı müharibənin yaratdığı tədarük gərginliyi fonunda ölkələrə çeviklik nümayiş etdirmək və anbarların doldurulması üzrə hədəf səviyyəsini 90%-dən 80%-ə endirmək təklif olunur. Əlverişsiz bazar şəraitində bu göstəricinin 75%-ə qədər azaldılması da mümkündür.
Qiymət artımının qarşısını almaq
D.Yorgensen yayın sonunda qiymətlərin daha da artmasına səbəb ola biləcək tələbatın qarşısını almaq üçün qaz alışlarını sürətləndirməməyi və ehtiyatları tədricən doldurmağı tövsiyə edib. Hədəf göstəricilərinə nail olmaq üçün son müddətin dekabrın 1-nə keçirilməsi də təklif edilir.
Brüsselin narahatlığı
Brüsseldə Aİ ölkələrinin əvvəlki normativləri tez bir zamanda yerinə yetirmək istəyinin bazara təzyiqi artıra biləcəyindən narahatdırlar. Bu həftə Yaxın Şərqdə enerji infrastrukturuna edilən hücumlardan sonra Avropada qazın qiyməti artıb.
Qətərdən ixracın bərpası
Məktubda həmçinin vurğulanıb ki, təchizatda nisbi sabitliyə baxmayaraq, vəziyyət gərgin olaraq qalır və Qətərdən mayeləşdirilmiş qaz ixracının bərpası daha çox vaxt apara bilər.