Deputatdan ət qiymətləri ilə bağlı gözlənilməz təklif
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bəzi məsələlərə toxunub. O, bəzi vəzifə sahiblərinin yeni iş yerləri yaratmaq əvəzinə ixtisarlar etməsindən narahatlığını ifadə edib.
Sədr müavini, həmçinin, bazarda kənd təsərrüfatı məhsullarının, xüsusilə də ətin qiymətinin artması ilə əlaqədar əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Hər bir təşkilatın yardımçı təsərrüfatı olmalıdır
Tahir Rzayev bu problemin həlli üçün maraqlı bir təklif irəli sürüb: “Hər bir nazirlik, komitə və agentlik yardımçı təsərrüfatlar yarada bilər. Müəssisələr ehtiyat torpaq sahələrində kənd təsərrüfatı məhsulları yetişdirsələr, bu, qiymətlərin aşağı düşməsinə, insanların işlə təmin olunmasına və işçilərin ucuz məhsullarla təmin edilməsinə kömək edər”.