Zinəddin Zidanın Fransa milli komandasının baş məşqçisi postuna təyin olunması ilə bağlı Fransa Futbol Federasiyası (FFF) ilə prinsipial razılıq əldə olunduğu bildirilir.
MARCA-nın məlumatına əsasən, FFF prezidenti Filip Diallo artıq yeni baş məşqçinin seçildiyini təsdiqləyib. Lakin Diallo bu şəxsin kimliyini açıqlamayıb. Federasiya rəsmisi bildirib ki, hazırda boş olan vəzifə uğrunda 5 fransız mütəxəssis mübarizə aparır.
İddialara görə, hazırkı baş məşqçi Didye Deşamı 2026-cı il Dünya Çempionatından sonra məhz Zidan əvəz edəcək.
53 yaşlı Zidan futbolçu karyerasında Fransa millisində 108 oyuna çıxıb və 31 qol vurub. O, məşqçi kimi isə Madrid “Real”ında çalışıb.