Braziliyalı ulduz futbolçu Vaqner Lav karyerasını başa vurduğunu açıqlayıb.
41 yaşlı təcrübəli hücumçu bu barədə öz sosial media hesabında məlumat yayıb. O, uzun illər ərzində birlikdə çalışdığı hər kəsə təşəkkür edib və futbol meydanları ilə vidalaşdığını bildirib.
Vaqner Lav karyerası ərzində bir çox uğura imza atıb. O, Braziliya milli komandasında 20 oyuna çıxıb və xüsusilə Rusiyanın MOİK klubunda göstərdiyi oyunlarla yadda qalıb. Lav bu klubun tarixində ən yaxşı legionerlərdən biri hesab olunur.
Bundan əlavə, o, Türkiyənin “Alanyaspor” və “Beşiktaş” komandalarında da çıxış edib.
Vaqner Lavın qazandığı titullar:
- 2 dəfə Amerika Kuboku
- 1 dəfə UEFA Kuboku
- 4 dəfə Rusiya çempionluğu
- 1 dəfə Braziliya A Seriyası çempionluğu