Sensasiya! “qalatasaray” “liverpul”u çempionlar Liqasında Məğlub Etdi

News Image

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi bu gün start götürüb. İlk oyun günündə “Qalatasaray” “Liverpul” ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən oyunda hesabı açan tərəf “Qalatasaray” olub. Mario Lemina 7-ci dəqiqədə fərqlənərək komandasını önə çıxarıb. Bu qol matçın yeganə qolu olub və “Qalatasaray” “Liverpul”u minimal hesabla məğlub edib – 1:0.

Komandalar arasında cavab görüşü növbəti həftə baş tutacaq.