Qurban Qurbanovdan Futbolçulara Gözlənilməz Hədiyyə: İstirahət!

News Image

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov komandasının üzvlərinə əlavə istirahət vaxtı vermək qərarına gəlib.

Son zamanlarda yaşanan gərginlik və “Kəpəz”lə oyunda alınan məğlubiyyətin yaratdığı psixoloji təzyiqi nəzərə alan məşqçi heyəti, komandaya dörd gün fasilə verərək futbolçuların dincəlməsinə şərait yaradıb.

Komanda üzvləri martın 25-də yenidən bir araya gələcək və məşqlərə davam edəcəklər.

Xatırladaq ki, “Qarabağ” komandasının növbəti oyunu aprelin 3-də Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah” komandasına qarşı keçiriləcək.

0