“Quba” Futbol Klubu Maddi Çətinliklərlə Üzləşir
Azərbaycan II Liqasında mübarizə aparan “Quba” futbol klubu ciddi maliyyə problemləri ilə üz-üzədir. Klub, üzləşdiyi çətinlikləri ictimaiyyətə açıqlayıb.
Klubun sosial media hesabında yayımlanan müraciətdə bildirilir ki, komanda səfər xərclərini belə ödəməkdə çətinlik çəkir. Bu səbəbdən “Araz Saatlı” ilə planlaşdırılan oyun sual altında qalıb.
Müraciətdə deyilir:
- Komandanın elementar ehtiyacları ödənilmir.
- Futbolçular aylardır əziyyət çəkir, bəziləri heç nə gözləmədən oynayır.
- Maliyyə dəstəyi olmasa, sabah gec ola bilər.
Klub rəhbərliyi, maddi dəstək üçün çağırış edərək, kiçik məbləğlərin belə böyük kömək ola biləcəyini vurğulayıb. Komandanın yaşamasını təmin etmək üçün hər kəsin dəstəyi xahiş olunur.