“qarabağ” Və “sabah” Klublarının Məşqçilərinə Ciddi Cəza Təyin Edildi

News Image

AFFA İntizam Komitəsinin qərarına əsasən, “Sabah” klubunun baş məşqçisi Valerio Zuddasa 7 oyunluq cəza verilib.

Bu qərar, mütəxəssisin Premyer Liqanın XXII turunda “Qarabağ” komandası ilə baş tutan oyunda rəqib komandanın ehtiyat oyunçular skamyasına qarşı etdiyi qeyri-etik hərəkətə görə verilib. “Sabah” klubu əlavə olaraq 15 000 manat məbləğində cərimə ödəməli olacaq.

“Qarabağ” klubunun məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə isə 6 oyunluq cəza alıblar. Onların cəzalandırılmasına səbəb həmin matçda baş vermiş kütləvi davada iştirak etmələri olub. Ağdam klubu hər bir məşqçi üçün 6 min manat, ümumilikdə isə 12 min manat cərimə ödəməli olacaq.