Qarabağ FK transfer çalışmalarına davam edir. Komanda Kipr klubu Omoniyada çıxış edən Jali Muaddib ilə razılığa gəlib. 25 yaşlı cinah oyunçusu ilə 3+1 illik müqavilə imzalanması gözlənilir. Fransalı və Mərakeşli futbolçu mövsümün sonunda azad agent statusu alacaq. Jali Muaddib daha əvvəl Fransa və Rumıniya klublarında çıxış edib. Bu mövsüm Kipr çempionatında 22 oyunda 2 qol və 3 assistlə yadda qalıb.
13.03.2026
11:20