“Qarabağ” futbol klubunun iki əcnəbi oyunçusu öz ölkələrinin milli komandalarına dəvət alıb.
Klubun sosial media hesabında yayımlanan məlumata əsasən, yarımmüdafiəçi Marko Yankoviç Monteneqro milli komandasına, qapıçı Mateuş Koxalski isə Polşa milli komandasına dəvət ediliblər.