Luka Modriç Avropa Top Liqalarında Rekorda İmza Atıb!

News Image

İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Luka Modriç, A Seriyasının XXX turunda “Torino” ilə matçda meydana daxil olaraq yeni bir rekorda imza atıb.

40 yaşlı futbolçu, son 18 ildə Avropanın ən güclü beş liqasında 550-dən çox oyuna çıxan ikinci oyunçu olub. “Rossonerilər”in 3:2 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada xorvatiyalı yarımmüdafiəçi start heyətində yer alıb və matçı sona qədər meydanda keçirib.

Modriç karyerası ərzində oyunlarının əksəriyyətini İspaniyada, “Real Madrid”in heyətində (394 oyun) keçirib. O, həmçinin İngiltərədə “Tottenhem”də 127, “Milan”da isə 29 oyunda iştirak edib.

Avropanın top liqalarında ən çox oyun keçirən futbolçu isə “Atletiko Madrid”in hücumçusu Antuan Qrizmandır. Onun hesabında 555 matç var.

1