Hakimin Qərəzli Qərarları: Məşqçi şokda, 30 Metrdən Tüpürmək Mümkünmü?

News Image

Qarabağ-2 baş məşqçisi Maksim Medvedev hakimin qərəzli qərarlarından şikayət edib.

Oyun zamanı hakimin qərarları ilə bağlı ciddi problemlər yaşanıb. Matçın əvvəlindən etibarən xırda faulların əleyhimizə verilməsi narahatlıq yaratdı. Səkkizinci dəqiqədə rəqib qol vurdu, lakin qoldan əvvəl yan xətt hakimi bayrağını qaldırmışdı və baş hakim də fit çalmışdı. Hakimlər aralarında müzakirə apardıqdan sonra qolun hesablanması qərarına gəldilər. Bu cür oyunlara daha yaxşı hakimlər təyin olunmalıdır.

Matçın 43-cü dəqiqəsində rəqib oyunçu topa əllə toxunaraq qol vurmağa cəhd etdi. Hakim epizodu görüb faul kimi qiymətləndirdi, lakin oyunçuya sarı vərəqə vermədi. Futbolçumuz Sami Mmae etiraz etdikdə isə hakim ona sarı vərəqə verdi, sonra isə meydandan qovdu. Bu qərardan sonra komandanı meydandan çəkdim. Rəhbərliyimizlə danışıqdan sonra geri qayıtdıq və oyunu davam etdirərək 2:1 hesabı ilə qalib gəldik.

Oyundan sonra rəqibin soyunma otağında dava düşdüyü və polisin müdaxilə etdiyi bildirilir. Bundan əlavə, əvəzedici oyunlarında dəfələrlə bərbad hakim idarəçiliyi ilə üzləşirik. Bir oyunçu 30 metrdən necə tüpürə bilər? Bu cür qərarlar futbolçuların inkişafına ziyan vurur və onları həvəsdən salır. Dəfələrlə AFFA-ya şikayət etsək də, heç bir nəticəsi olmur.

0